Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı – ŞƏRH

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Dünya ölkələrinin tarixində bir çox müharibələr, qələbələr baş verib. Azərbaycanın 44 günə qazandığı  qələbəyə isə demək olar ki, dünya tarixində rast gəlmək çətindir. 8 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, düşmən məğlub olduğunu etiraf edərək ağ bayraq qaldırdı.

44 gün davam edən müharibə müddətində hamı bir oldu. Birlik nümayiş etdirərək uşaqdan-böyüyə, varlıdan-kasıba, qocadan-cavana qədər hər kəs ordu və orduda xidmət edən hərbi qulluqçu və əsgərlərə yardım etməyə çalışdı. Kimi evində yemək hazırlayıb göndərdi, kimi qrup şəklində toplaşaraq orduda xidmət edən əsgərlərə isti geyim alıb göndərdi.

Müharibə bitdikdən sonra isə şəhid ailələrinə dövlət qayğısı daha da genişləndirildi.Bu məqsədlə, Azərbaycan Respublikası Prezidentinin 08 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. “YAŞAT” Fondu öz fəaliyyətində də dövlət millət vəhdətini bir daha göstərdi. Belə ki, qısa müddət keçməsinə baxmayaraq istər fiziki, istərsə də hüquqi şəxslərdən fonda könüllüluk əsasında xeyli vəsait toplanır.

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsini davam etdirərək onların müalicə xərcləri ilə yanaşı, hesablarına vəsait köçürərək gələcək təhsil xərclərinə də dəstək olmağı planlaşdırır. Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur. İndiyədək fondda 24 804 936 manat toplanıb. Həmin vəsaitdən 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Bu, dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır. Belə ki, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.

Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təmin edilməsi, müalicəsi və sosial durumlarının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib.Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir: “Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar.
Dövlət qayğısı sadəcə yuxarıda sadalananlarla yekunlaşmır,istər müharbə iştirakçıları istərsə də şəhid ailələrinin müalicəsi üçün lazımı tədbirlər görülür. Dövləti qayğısı bütün sahələrdə inamla davam etdirilir”.

Bakı şəhər Nizami rayonu 61 nömrəli məktəbin tarix müəllimi
Vəli Hüseynli

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR