“Şuşadakı quruculuq işlərinə qarşı kampaniya aparanların ermənilərdən fərqi yoxdur” – Ramin Əhmədov
Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Azərbaycanda müxalifət adı altında oyunbazlıqla məşğul olan xəyanətkar qrupların Qarabağda həyata keçirilən yenidənqurma işlərinə qarşı apardığı çirkin kampaniyadan danışarkən deyib.
Ramin Əhmədovun fikrincə Azərbaycan əleyhinə kampaniya aparan dairələrə komanda bir mərkəzdən gəlir: “Onlar həmin qüvvələrdir ki, Qarabağın azad olunacağına heç vaxt inanmadılar, 30 il işğalçılara qarşı aparılan mübarizədə dəstək göstərmədilər. Əsas hədəfləri aparılan işləri gözdən salmaq, aşağılamaq oldu. İndi də tabe olduqları mərkəzlərdən Qarabağdakı yenidənqurma işlərini aşağılamaqla, məsələlərin mahiyyətini təhrif etməklə bağlı komanda alıblar. Şuşada köhnə binaların sökülməsi prosesinə ermənilərlə eyni tərzdə reaksiya verirlər. Halbu ki, həmin o köhnə, yarasız hala düşmüş binaların sökülməsi, şəhəri daha da gözəlləşdirmək, ərazidə Şuşanın tarixi simasına və memarlıq üslubuna uyğun gələn tikililər ərsəyə gətirmək məqsədilə həyata keçirilir”.
Ramin Əhmədov Qarabağda həyata keçirilən yenidənqurma işlərini gözdən salmaq istəyən insanların davranışlarını onların erməni xisləti ilə ələqələndirib: “İşğaldan azad olunmuş rayonlarda minalanmış ərazilər təhlükə saçır. Azərbaycan rəhbərliyinin əsas hədəflərindən biri bölgəni qısa zamanda minalardan təmizləməkdir. Çünki tez-tez hərbçilər və mülkü şəxslər minaya düşür. Partlayışlar nəticəsində ölən və yaralananlar olur. Bu səbəbdən sürətli proses başladılıb. Əgər indi Qarabağdakı quruculuq işlərinin əleyhinə kampaniya aparılanlarda zərrə qədər də olsa milli ruh olsaydı, onlar bölgənin minalardan təmizlənməsi, yenidən qurulması prosesinə ən azından mənəvi dəstək olardılar. Sanki onlar bu prosesləri görməzdən gəlirlər. Bu davranışlar onların erməni xislətindən irəli gəlir”.
YAP rəsmisi Qarabağın dirçəldilməsi prosesinə qarşı təbliğat aparan şəxslərin əsas məqsədinin Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq olduğunu deyib: “Hazırda işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidəqurma işləri həyata keçirilir. Bölgəyə müxtəlif şirkətlər tərəfindən böyük məbləğdə yatırım qoyulur. Bütün dünya yaxın gələcəkdə Qarabağın həm turizm cənnətinə, həm də iqtisadi baxımdan inkişaf etmiş regiona çevirilməsinə şahidlik edəcək. İndi bölgədə həyata keçirilən bərpa işlərinə qarşı çıxan qüvvələr də bunu yaxşı anlayır. Onlar görürlər ki, Azərbaycan xalqı da Qarabağın bərpasını səbirsizliklə gözləyir. Bu səbəbdən xalqda çaşqınlıq yaratmaq, görülən işləri gözdən salmaq üçün düşmənə sistemli dəstək münayiş etdirirlər. Bir sözlə, illər əvvəl Qarabağı satanlar, ermənilərlə iş birliyində olanlar, yenə adətlərinə uyğun davranırlar”.
Missiya.Az