Mikayıl Cabbarov peyvənd olundu
İqtisadiyyat naziri Mikayıl Cabbarov COVID-19 əleyhinə peyvənd olunub.
Bu barədə nazir özünün sosial media hesabında yazıb.
“Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm”, – deyə Mikayıl Cabbarov qeyd edib.
O bildirib ki, COVID-19 əleyhinə peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir.