Təbriz Simfonik Orkestrinin Solisti Yunes Borumend:”Bülbülün mahnılarını indi daha şövqlə oxuyuram”..

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Onunla 2012-ci ildə müsahib olmuşdum. Hər Azərbaycana gəlişində mütləq redaksiyamızı ziyarət edərdi. Qarabağdan danışar, qəlbinin hərarətindən, yurd yanğısından gözləri yaşarardı. Gec-gec də olsa zəngləşərdik. Azərbaycanı doğma vətəni bilən xanəndə ilə bu günlərdə yenidən söhbətləşdik. Uşaq kimi sevinir, sevincdən ağlayırdı. “Dəmir yumruq!”, “Qarabağ Azərbaycandır!”, “Zəfər”- kəlmələri dilinin əzbəri olmuşdu.

“Ən böyük arzuma qovuşmuşam. Qarabağ Azərbaycanın canıdır. Bülbülün mahnılarını indi daha şövqlə oxuyuram. Rəşidin ruhunu tamamən ruhuma hopdurmuşam. Xan qızı Natəvanı eşqlə salamlayıram! Ürəyimin döyüntüsü Azərbaycanım mənim! Turan ellər var olsun!”- deyə böyük duyğulu xanəndə sevincini bölüşdü.

Şərafət Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR