Haqqımızda Əlaqə

Türk dünyasının tarixi dəyərlərinin təbliğatı sistemli şəkildə davam edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə ötən ilin oktyabrından başlanılan “Türk dünyası “Vikipediya”da” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən 170-dən çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.

Bu barədə Agsaqallar.com saytına  Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, könüllülər tərəfindən Krım tatar yazıçıları Həbibulla Odabaş, Ablakim İlmiy, “Auşvitz həbs düşərgəsi” filminin əsas kamera operatoru və müharibə müxbiri Kənan Qutubzadə, Xakasiyanın Əməkdar mədəniyyət işçisi Anatoli Sultrekov, başqırdların milli gənclər təşkilatı Göy Börü, Volqa bölgəsi xalqlarının sosial hərəkatı Azad Volqa-Ural, türk naşiri və siyasi xadimi Təhsin Dəmiray, uyğur ədəbiyyatının görkəmli nümayəndəsi Bilal Nazim, həmçinin “Türk dünyası ağsaqqalları” qəzeti haqqında məqalələr yaradılıb. Türk dünyasının tarixi, dəyərləri böyük coğrafiyanı əhatə edir. Hər bir məqalə oxucuya türk millətinin şəxsiyyətləri, milli-mədəni dəyərləri haqqında ətraflı məlumat verir. Türk dünyasının dəyərlərini təbliğ etmək və bu prosesin içində olmaq qürurvericidir. Könüllülərimiz tərəfindən türk dünyasının tarixi dəyərlərinin təbliğatı sistemli şəkildə davam edir.

Layihə barədə məlumat verən R.Əhmədov qeyd edib ki, könüllülər məqalələrin yaradılmasında və “Vikipediya”da yerləşdirilməsində böyük həvəslə iştirak edirlər. Ona görə də fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR