Mina qurbanı olmuş Azərbaycan vətəndaşlarının sayı barədə məlumat verildi
“Qarabağ münaqişəsi dövründə Azərbaycan tərəfindən 3 minə yaxın vətəndaş minaya düşüb”.
Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, Vətən müharibəsinə qədər minaya düşən Azərbaycan vətəndaşlarından 525 nəfəri həlak olub:
“Bütün bu dövr ərzində Ermənistan tərəfindən 636 nəfər minaya düşüb. Bizdə həlak olanların sayı Ermənistanda minaya düşənlərin sayına demək olar ki, bərabərdir. Bu da onu göstərir ki, bütün minalanmış ərazilər Azərbaycanın beynəlxalq hüquqla tanınmış torpaqlarını əhatə edir”.