Ukrayna XİN Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“COVID-19 pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq, bu il Ukrayna ilə Azərbaycan arasında etimada, qarşılıqlı hörmətə söykənən strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür səylər göstəriləcək”.

Bunu “Report”a Ukrayna Xarici İşlər Nazirliyindən bildiriblər.

“İki dövlət arasındakı ənənəvi mehriban əməkdaşlıq əlaqələri yaranıb və biz ikitərəfli gündəm üzərində daha çox çalışmalıyıq. Bu gün başlıca məsələ Ukrayna ilə Azərbaycan arasında fəal siyasi dialoqun davam etdirilməsi, iqtisadi-ticarət, mədəni-humanitar və regional əməkdaşlığın daha da dərinləşdirilməsidir”, – açıqlamada qeyd olunur.

Vurğulanıb ki, bu vəzifələrin həyata keçirilməsinə əvvəla, Ukrayna və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri, parlament səviyyəsindəki təmaslar, habelə dövlət və işgüzar səviyyədə ekspertlərin yaxından əməkdaşlığı rəvac verə bilər.

Açıqlamaya əsasən, Ukrayna ilə Azərbaycan arasında enerji, hava nəqliyyatı, fəza, hərbi-texniki əməkdaşlığın təmin olunması, cari layihələrin gerçəkləşdirilməsi və yenilərinə başlanması 2021-ci ildəki ikitərəfli münasibətlərin öncül istiqamətləridir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR