Hulusi Akardan bayram təbriki: “Azərbaycanın haqlı mübarizəsində yanındayıq”
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar türk dünyasının Novruz bayramını təbrik edib.
Bu barədə “Twitter” hesabında paylaşım edən türkiyəli nazir qardaş ölkənin Azərbaycana dəstəyini bir daha xatırladıb:
“İki dövlət – bir millət” kimi kədər və sevincdə birlikdə olduğumuz can qardaşımız Azərbaycanın dünən olduğu kimi, bu gün də haqlı mübarizəsində yanında olduğumuzu bir daha bildirmək istəyirəm. Bu vəsilə ilə bütün türk dünyasının da Novruz bayramını təbrik edirəm”.