Ramin Əhmədov: “Əldə etdiyimiz qələbə Azərbaycanda yeni inkişaf mərhələsinin başlamasına səbəb oldu”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiqlənməsi ilə ölkəmizdə hərtərəfli inkişafın yeni mərhələsinə start verilib. Azərbaycanda inkişafı təmin etmək üçün büntün zəruri amillər mövcuddur. Məlumdur ki, Vətən müharibəsində qazanılan Qələbədən sonra Cənubi Qafqaz regionunda yeni siyasi-iqtisadi reallıq yaranıb. Bu reallığın yaranmasında başlıca rol Azərbaycana məxsusdur. Çünki Azərbaycan regionda 30 ilə yaxındır hökm sürən ədalətsizliyə son qoyub, həm ölkəmizdə, həm də regionda inkişaf üçün böyük imkanlar yaradıb”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Milli Prioritetlər barədə danışarkən deyib.

Ramin Əhmədov işğal altında olan torpaqların azad etməsinin Azərbaycana yeni iqtisadi imkanlar yaratdığını bildirib: “Azərbaycan 30 ilə yaxındır idi ki, həmin ərazilərə nəzarət etmirdi. Amma indi vəziyyət dəyişib və Azərbaycan həmin ərazilərin təbii sərvətlərindən rahatlıqla istifadə etmək imkanlarını özünə qaytarıb. Həmin ərazilərdə zəngin təbbi ehtiyatlar, böyük otlaq və əkin sahələri, su resursları və  truzim imkanları var. Həmçinin münaqişənin həll olunması nəticəsində regiondakı bütün nəqliyyat yolları blokdan çıxarılacaq. Bu isə regionun təhlükəsizliyi və inkişafı baxımından çox önəmlidir. Bu resurslardan səmərəli istifadə başlıca prioritetlərimizdir”.

YAP rəsmisi Qarabağın işğaldan azad olunmasını Azərbaycanın sürətli inkişafına səbəb olacaq amillərdən biri kimi qiymətləndirib: “Vətən Müharibəsi nəticəsində əldə etdiyimiz qələbə Azərbaycanın qarşısındakı maneəni tamamilə aradan qaldırdı. İndi Azərbaycan bütün ərazilərində süverenliyini bərpa edib və həmin ərazilərdə olan təbii sərvətlərdən maneəsiz istifadə etmək imkanına malikdir.  Cənab Prezidentin rəhbərliyi altında həmin ərazilərdəki resurslar Azərbaycanın inkişafı üçün istifadə ediləcək. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiqlənməsi bu istiqamətdə aparılan işlərin səmərəliliyini artıracaq, görülən işlərin planlı şəkildə həyata keçirilməsinə tövhə verəcək”.

Ramin Əhmədov bildirib ki, Vətən Müharibəsindəki qələbəmiz regionun da siyasi-iqtisadi səhnəsində ciddi dəyişikliklərə səbəb olub: Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR