Haqqımızda Əlaqə

Paşinyan istefa tələbini hərbi çevrilişə cəhd adlandırdı – YENİLƏNİB

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin baş qərargahının bəyanatını hərbi çevriliş cəhdi adlandırıb.

Bu barədə o, “Facebook” səhifəsində yazıb.

12:39

Ermənistanın silahlı qüvvələri ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

“Sputnik Ermənistan” xəbər verir ki, Baş Qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri bəyanat imzalayıblar.

Bildirilir ki, baş qərargah baş nazirin uzaqgörən olmayan və əsassız addımlarına, xüsusən də baş qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə qəti surətdə etiraz edirlər.

Hərbçilər hesab edir ki, Tiran Xaçatryanın istefası qərarı Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib.

“Belə çətin şərtlərdə belə bir qərar dövlətə qarşı yönələn və məsuliyyətsiz bir addımdır”, – deyə açıqlamada qeyd edilir.

Mövcud vəziyyətə əsaslanaraq silahlı qüvvələr baş nazir və hökumətin istefasını tələb edirlər.

Paşinyanın istefası tələbi 40-dan çox yüksək rütbəli hərbçi tərəfindən imzalanıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR