Azad edilən torpaqlarımızda həyat başlayır – Yeni inkişaf mərhələsi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. Doğma torpaqlarımız işğalçılardan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş olundu. 30 ilə yaxın həsrətini çəkdiyimiz Qarabağımıza qovuşduq. İşğaldan azad edilən rayonlarımızın görüntülərinə baxarkən bir daha erməni vəhşiliyinin şahidi oluruq. Onlar təkcə insanlara qarşı yox, həm də bizim təbiətimizə, maddi- mədəni abidələrimizə qarşı da soyqırımı törətmişlər. Torpaqların hər qarışında bunu aydın görmək olur: evlər yandırılmış , dağıdılmış, dini ocaqlar təhqir olunmuş, abidələr uçurulmuşdur. İşğaldan sonra hörmətli prezidentimiz İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva bir sıra rayonlara səfərlər etmişlər. Həmin səfərlər zamanı erməni faşizmi bütün dünyaya göstərilmiş və bu haqda geniş məlumat verilmişdir. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında həm də yaşıl terror həyata keçiriblər. Bütün su elektrik stansiyalarını dağıdıb, avadanlıqlarını oğurlayıblar. Tərtərçayın önü kəsilmiş, rayonlarda 10 min hektardan çox torpaq susuz qalmışdır. Bəsitçay qoruğundakı yaşı yüzü ötmüş çinarlar kəsilmiş, yandırılmış və talanmışdır. Düşmən tapdağından azad olunmuş torpaqlarda artıq bərpa prosesi başlayıb. Quruculuq işləri cənab Prezidentin şəxsi nəzarətindədir. Dağılmış bütün kəndlər bərpa ediləcəkdir. Artıq azad olunan bütün şəhərlərin baş planının hazırlanması ilə bağlı göstərişlər verilmişdir. Qarabağ yenidən cənnətə çevriləcək, əvvəlki əzəmətinə qayıdacaqdır. Həmin ərazilərdə “ağıllı şəhər” “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Prezident İlham Əliyevin təməlini qoyduğu uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmiryolu xəttinin də xüsuis önəmi var. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmiryolu nəqliyyat əlaqəsinin yaradılmasına böyük töhfə verəcək. Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmiryolu şəbəkəsi yaradılacaqdır. Bunun bütün bölgə ölkələri üçün çox böyük əhəmiyyəti vardır. Rayonlarda bitkiçilik, meyvəçilik, heyvandarlığın inkişafı üçün böyük potensial vardır. Artıq qısa müddət ərzində bütün imkanlar səfərbər edilmiş, 7 min hektar ərazidə əkin işlərinə başlanılmışdır. Ərazilər yaşıl enerji zonasına çevriləcək, su, günəş, külək enerjisindən istifadə olunacaqdır. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında evlərin də, təbiətin də tezliklə bərpa olunacağını bildirir. Burada əsas məqsəd vətəndaşlarımızın tezliklə öz doğma yurdlarına qayıdışının təmin olunmasıdır.

Aygün İsmayılova

Nizami rayonu 70 nömrəli məktəb-lisey

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR