Nazir: “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 11-ci iclası keçirildi”

Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 11-ci iclası keçirilib.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında məlumat verib.
“Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 11-ci iclasında ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işləri müzakirə etdik”, – deyə nazir qeyd edib.