Ərdoğan Putinlə Qarabağdakı sülh mərkəzini müzakirə etdi
Ərdoğan Putinlə telefon danışığı barədə açıqlama verib. Açıqlamada söhbətin detalları məlum olub.
“Görüşümüzdə ikitərəfli münasibətlərlə yanaşı, həm də regional məsələləri dəyərləndirdik.
Cənab Putinə dedim ki, Qarabağda əldə olunmuş atəşkəsi qorumaq üçün birgə səylər göstərmək lazımdır və Ağdamdakı ortaq mərkəz sülhün qorunması üzrə öhdəliyini uğurla yerinə yetirir.
Görüş zamanı vurğuladım ki, Suriya məsələsini mümkün qədər tez həll etmək bizim ümumi maraqlarımıza uyğundur. Həmçinin Liviyada sabitliyin və sülhün bərqərar edilməsi şansını da əldən vermək olmaz”, – deyə Türkiyə prezidentinin “Telegram” kanalında bildirilir.