Ərdoğan: “Terrorçular hansı hinə girirlərsə, girsinlər, tapıb gəbərdəcəyik”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Alçaq bir terror təşkilatı ilə mübarizə aparırıq. Son hadisə Türkiyənin PKK ilə mübarizə üçün İraqın şimalında və Suriyada apardığı əməliyyatların nə qədərə önəmli olduğunu bir daha sübut etdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“PKK-ya PKK-a, terrora terror, qətliama qətliam deyə bilməyən, beyinlərindəki alçaq oyunları, qurduqları xain tələləri, çevirdikləri fırıldaqları gizləməyə çalışanların planları ortaya çıxdı. Şəhidlərimizin acısı ürəyimizi ağrıdarkən mübarizə əzmimiz də artıb. Hansı hinə girərlərsə girsinlər, girdikləri hinlərdə onları tapacaq və orada gəbərdəcəyik. Şəhidlərimiz var, amma biz bilirik ki, bu yoxa çıxmaq deyil. Biz bilirik ki, Allah yolunda öldürülənlərə ölü deyilmir, onlar diridirlər, ancaq alçaqlar bunu dərk edə bilməz”, – o bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR