Zakir Həsənov: “Türkiyənin yanımızda olması bizi qürurlandırdı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyənin Qars şəhərində Türkiyə və Azərbaycan hərbçilərinin “Qış təlimi-2021” təlimlərini izləyən Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin dünyanın ən güclü ordularından biri olduğunu söyləyib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən faydalanmaq bizim üçün vacibdir”, – deyə Azərbaycanın müdafiə naziri bildirib.

Z.Həsənov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında tarixi, dini və mədəni bağlar var.

“Ümummilli liderimiz Heydər Əliyev tərəfindən “bir millət-iki dövlət” olaraq ifadə edilən Türkiyə-Azərbaycan əlaqələri bu gün dövlət başçılarımızın rəhbərliyi altında uğurla davam etməkdədir. Azərbaycanla Türkiyə arasında əlaqələrin davam etməsinə dövlət başçılarımızın böyük töhfəsi var”, – deyə Z. Həsənov vurğulayıb.

Fikrinin tamamında Z.Həsənov Azərbaycanın 44 gün ərzində öz torpaqlarını Ermənistanın işğalından azad etdiyini və bu müharibədə Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu ifadə edib:

“Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmaz və əbədidir. Türkiyənin yanımızda olması bizi qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altında olan torpaqlarımızı düşmən tapdağınmdan azad etdik. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Türkiyəyə bizə verdiyi böyük dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR