ÜST-dən koronavirusun yeni ştammları barədə AÇIQLAMA

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniyada aşkar olunan koronavirusun yeni ştammının keçən həftə daha altı ölkədə müəyyən edildiyini açıqlayıb.

TASS xəbər verir ki, bununla da yeni ştammın qeydə alındığı ölkələrin sayı 86-ya çatıb.

Bundan əlavə, Cənubi Afrika, Braziliya və Yaponiyada müəyyən edilmiş ştammların yayılma coğrafiyasının genişləndiyi qeyd olunur.

Bildirilir ki, COVID-19-un Cənubi Afrika növü son həftədə üç, ümumilikdə 44 dövlətdə aşkarlanıb.

Virusun Yaponiya növü yeddi gün ərzində beş yeni dövlətə yayılıb və hazırda 15 ölkədə müşahidə edilir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR