Sumqayıtda yataqxanada yanğın: Ölən var

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxanada yanğın olub.

Hadisə şəhərin Səməd Vurğun küçəsi, 10-cu məhəlləsində baş verib.

Səhər saatlarında baş verən yanğın nəticəsində Qubadlı rayonundan olan məcburi köçkün 1972-ci il təvəllüdlü Məzahir Nuşirəvan oğlu Əhmədov həyatını itirib.

Şəxsin meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR