Haqqımızda Əlaqə

Ersin Tatar: “Dövlətimizdən, suverenliyimizdən qətiyyən vaz keçməyəcəyik”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar BMT Baş katibi Antoniu Quterreşin yerini və vaxtını müəyyənləşdirməyə çalışdığı Kıprısla əlaqəli tərəflərin qatılacağı 5+1 zirvə toplantısına münasibət bildirib.

Ersin Tatar zirvə görüşündə yeni fikirlərin gündəmə gələcəyini və Bu istiqamətdə, iki suveren bərabər dövlətə əsaslanan həll siyasətlərini masaya gətirəcəklərini söyləyib.
Tatar, “Masada Türkiyənin də olması ən böyük gücümüz olacaq”, deyib.
Bəzi çevrələrin irəli sürdüyü, “necə olursa, olsun, həll olsun” məntiqi ilə hərəkət etməyəcəklərini qeyd edən Tatar, “Dövlətimizdən, azadlığımızdan, suverenliyimizdən, Ana Vətən Tükiyənin qarantorluğundan və Türk əsgərindən qətiyyən vaz keçməyəcəyik”, ifadələrini işlədib.
Prezident Kipr məsələsi ilə bağlı son baş verənlərlə bağlı açıqlama verib.
Tatar, BMT Təhlükəsizlik Şurasının Kiprdəki BMT Sülhməramlılarının səlahiyyət müddətinin uzadılması ilə əlaqədar qərarının federasiya əsasında Kipr probleminə toxunmasına dair müxtəlif fərziyyələrə səbəb olduğunu, bəzi dairələrin şüurlu şəkildə bu qərarı “suveren iki dövlətli həll təklifi ortadan qalxdı” şəklində dəyərləndirmələrinin qəbul edilməyəcəyini qeyd edib.
Elnur Eltürk

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR