Eldar Əzizov: “Badamdardakı sürüşmə ilə bağlı tədbirlər planı hazırlanacaq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İlk növbədə ərazidə ekspertlər çalışıb rəsmi məlumat verməlidir. Bu sözügedən ərazidə ilk torpaq sürüşməsi deyil.

Bu sözləri Badamdarda sürüşmə zonasına gələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır:

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların mütəxəssisləri ərazidədir. FHN-nin nəznində xüsusi komissiya qrupu yaradılıb. Onlar məsələ ilə bağlı zəruri tədbirlər görəcəklər.

Bununla yanaşı tədbirlər planı hazırlanacaq. FHN-nin nümayəndələrinin də iştirakı ilə hazırlanacaq tədbirlər planı çərçivəsində dəymiş ziyanın hesablanması və digər məsələlər də öz əksini tapacaq”.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR