Əliyar Əliyevin məzar daşı hazırlandı

Azərbaycanın yeddi Milli Qəhrəmanına dövlət tərəfindən məzar daşları hazırlanır.
Bu barədə Oxu.Az-a Azərbacanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu Emin Əliyev məlumat verib.
O bildirib ki, atasının məzar daşının hazırlanması Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən sifariş olunub:
“Bəli atamın və Qubadlıdan olan altı Milli Qəhrəmanın hər birinin məzar daşı hazırlanır. Hazırda dörd nəfərin məzar daşı artıq hazırdır, digər üç nəfərin də məzar daşının da qısa zamanda hazırlanması gözlənilir. Məzar daşları tam hazırlanması ilə bağlı dəqiq tarix bəlli olmasa da, yaxın zamanda işlərin yekunlaşacağı gözlənilir”.
Oxşar Xəbərlər
- Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı
- TAİB-in Gənclər Təşkilatı “Türk dünyasında Axıska türklərinin yeri” adlı onlayn konfrans keçiriləcək
- Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqillik tarixində ümummilli önəm daşıyan bir hadisədir