Azərbaycanda daha 14 nəfər koronavirusdan öldü: 380 yeni yoluxma

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda koronavirusa 380 yeni yoluxma faktı qeydə alınıb, 1159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 279 nəfər müalicə olunaraq sağalıb, 2 971 nəfər vəfat edib, aktiv xəstə sayı 9 950 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 653, ötən müddət ərzində isə ümumilikdə 2 295 612 test aparılıb.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR