Haqqımızda Əlaqə

“Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində yüzdən çox məqalə yaradılıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində məqalələrin zənginləşdirilməsi, yerləşdirilməsi və yeni mətnlərin yaradılması prosesi uğurla davam etdirilir. Layihə çərçivəsində könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən 100-dən çox məqalə yaradılıb.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.

O bildirib ki, könüllülər tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində Dilmaçoğulları bəyliyinin qurucusu olan türk hərbi komandanı Mehmet bəy Dilmaçoğlu, Şah Məlik, səlcuq generalı və Həmədan şəhərinin əmiri Porsuq (Məhəmməd Təpərin generalı), kumuk şairi, tərcüməçi və pedaqoq Ənvər Həmidov, qaraçay-balkar şairi, dramaturq və musiqiçi Şaharbi Ebzeyev haqqında məqalələr yaradılıb.

“Türk dünyası “Vikipediya”da” layihəsi davam edəcək. Gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq. Məqsəd türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün müvafiq sahədə informasiya bazasını genişləndirmək və daha da əlçatan etməkdir”, – deyə R.Əhmədov bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR