Ceyhun Bayramov BMT, Aİ və Dünya Bankı rəsmiləri ilə Qarabağın bərpasını müzakirə edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, BMT İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas və Dünya Bankının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin vəzifələrini icra edən Səidə Bağırlı ilə görüşüb.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə münaqişə sonrası bərpa, minalardan təmizlənmə işində Azərbaycana dəstəyin göstərilməsi məsələləri müzakirə edilib.

BMT, Aİ və Dünya Bankının nümayəndələri mövcud olan “Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” metodologiyasına uyğun olaraq Azərbaycan Respublikasının münaqişənin təsirinə məruz qalmış əraziləri, o cümlədən Dağlıq Qarabağda müvafiq qiymətləndirmənin aparılması, hesabatın hazırlanması və tövsiyələrinin Azərbaycan tərəfi ilə bölüşülməsinə hazır olduqlarını ifadə ediblər.

Tərəflər mövzu üzrə ətraflı fikir mübadiləsi aparıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR