Paşinyanın evini qoruyan dəstə əhaliyə hücum edə bilər – Ölkə vətəndaş müharibəsinin astanasında

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Gördüyümüz kimi, bəzi millət vəkilləri Milli Məclis üzvü olduğunu unudub. Artıq xuliqan kimi davranmağa başlayıblar. Deputatlar kölə kimi davranmamalı, vəzifələrini yerinə yetirməlidirlər”.

Bu sözləri Ermənistanın Daşnaktsutyun partiyasının üzvü Gegham Manukyan mitinqdə çıxışı zamanı deyib.

Manukyan həbs olunan etirazçıların azadlığa buraxılması ilə bağlı keçirilən aksiyada qeyd edib ki, Paşinyan müxalifəti susdurmaq üçün ən qəddar vasitələrə əl atır: “Nikol Paşinyan özünə idarə edə bilmir. İndi siyasətçilərlə vətəndaşlar ayrı-ayrı polis bölmələrinə aparılır. Nikol qanunazidd addımlar atır və etirazçıları polis bölməsində 2 saatdan artıq saxlayır. O, bu gün təlimat verib ki, bəzi etirazçılara xuliqanlıq ittihamı ilə cinayət işi açılsın. Deputatlar öz mövqeyini nümayiş etdirməlidir” – deyə, Manukyan bildirib.

Gegham Manukyan, Paşinyanın partiyasından olan millət vəkili Hayk Sarkisyanın parlamentdə çıxışı zamanı İrəvanda mitinqləri dağıtmaq üçün etdiyi çağırışı xatırladıb: “Sarkisyan deyib ki, polis rəisi tədbir görməsə, bir çox vətəndaş millət vəkillərini və hükuməti qorumaq üçün küçələrə çıxmaq üçün ona müraciət edəcək.  Hamı yaxşı bilir ki, Hayk Sarkisyan kimlərdən bəhs edir. O, 1,5 aydır hökumətin bağ evində Nikol Paşinyanı qoruyan dəstələri nəzərdə tutur. Nikol Paşinyan artıq cinayətkarların və xuliqanların ümidinə qalıb”.  

 

Gegham Manukyan, Hayk Sarkisyanın parlamentin iclasında çıxışını vətəndaş müharibəsinə çağırış hesab edib.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR