“Vikipediya”da Şimali Qafqaz türkləri haqqında məqalələr etibarlı mənbələrlə zənginləşdirilir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində yeni məqalələr yaradılır və zənginləşdirilir. Onlayn ensiklopediyanın Azərbaycan dili bölməsində könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə yerləşdirilib. Belə ki, könüllülər tərəfindən “Vikipediya”da 90-dan çox məqalə yaradılıb.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, “Vikipediya”da Şimali Qafqaz türkləri haqqında məqalələr etibarlı mənbələrlə zənginləşdirilir. Könüllülər tərəfindən balkar əsilzadə soyu aydabolları, canxotları, qaraçay əsilzadə soyu dubaları, balkarların İslama qədər inanclarına aid olan müqəddəs ağac hesab etdikləri raubazı və qaraçay – balkar xalq musiqisi haqqında məqalələr yaradılıb. Məqalələrdə bu xalqların mədəniyyəti, soyları və inancları haqqında maraqlı məlumatlar yer alıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR