" />
Haqqımızda Əlaqə

“Xalq İlham Əliyevin siyasi lider və sərkərdə kimi fəaliyyətini yüksək qiymətləndirir” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi lideri, sərkərdəsi var. Səmimiyyəti və sadəliyi ilə seçilən, vətəndaşına doğma münasibət göstərən, həmişə xalqının qayğısına qalan Prezidentə xalqımız minnətdardır. Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasi lider və qalib sərkərdə kimi fəaliyyətini yüksək qiymətləndirir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov, Prezident İlham Əliyevin doğum günü münasibəti ilə sosial şəbəkədə paylaşdığı statusda qeyd edib.

R.Əhmədov dövlət başçısının xarici siyasətindən, onun prinsipialığı, qətiyyəti və yüksək idarəçilik məharətindən danışıb: “Bu gün məhz onun sayəsində Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə öz sözünü deməyi bacarır. Son hadisələr göstərdi ki, bu o qədər də asan iş deyil. Müstəqil, öz xalqının maraqlarına xidmət edən siyasət yeritmək üçün mütləq, qətiyyətli və yüksək iradəli olmaq lazımdır. Bu kriteriyaların hər biri Ali Baş Komandan İlham Əliyevdə var. Dövlətimizin başçısına müxtəlif vasitələrlə təzyiq etdilər, ölkəni qarışdırmaq, münaqişələr poliqonuna çevrimək üçün ən çirkin yollara belə əl atdılar. Lakin İlham Əliyevin möhkəm iradəsi, dəqiq konturlara söykənənm siyasəti imkan vermədi ki, dövlətimizə uzanan əllər “bərəkət” əldə etsin”.

YAP rəsmisi Prezident İlham Əliyevin Vətən Müharibəsindəki rolundan və yenilməz sərkərdə keyfiyyətlərindən də danışıb: “İlham Əliyev Azərbaycanın inkişafını, əhalinin sosial rifahını və tarixi qələbəmizi təmin etdi. Ölkə başçısı 44 gün ərzində Azərbaycan xalqının 27 illik həsrətinə son qoydu. Prezident bu illər ərzində təmkinlə, səbrlə və heyrətamiz siyasi manevrlərlə Qarabağın azadlığına nail oldu. Onun qurduğu, yüksək texnoloji silahlarla təmin olunmuş peşəkar Ordu Ali Baş Komandanın ümidlərini doğruldaraq qəhrəmanlıq nümynələri yaratdı. Tarix də deyir ki, gücünü xalqdan alan lider həmişə QALİBDİR! Vətəninə, xalqına bağlı olan, ürəyində Azərbaycan sevgisi yaşadan, təkcə ölkəsinin deyil, regionun QALİB LİDERİNƏ çevrilən rəhbərə heç bir qüvvə güc gələ bilməz! İlham Əliyev qalib Prezident, qəhrəman sərkərdədir! O, xalqımızı utanc hissindən qurtardı. Bizə heç vaxt yaşamadığmız QALİBİYYƏT sevinci bəxş etdi. İnanırıq ki, Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında hələ çox uğurlara imza atacaq. Bu gün Cənab Prezidentin dögum günüdür. Bu münasibətlə onu təbrik edir, can sağlığı və yeni-yeni qələbələr arzu edirik. Hər şeyə görə çox sağolun, cənab Prezident! Həmişə əmrinizdəyik!”

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR