Kərəm Mustafayev Hulusi Akarla görüşdü
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşüb.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler də iştirak edib.