Azərbaycanda daha 40 nəfər koronavirusdan öldü: 1850 yeni yoluxma – FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda koronavirusa (COVID-19) 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 40 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 51795 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 13034, hazırkı dövrədək isə 2115991 test aparılıb.

Ümumi ölənlərin sayı 2380 nəfərdir.

Ümumi yoluxanların sayı 210061 nəfər, ümumi sağalanların sayı 155886 nəfərdir.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR