Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə Milli Müdafiə naziri Hulusu Akar Rusiyadan alınan S-400-lərlə əlaqədar tətbiq etdiyi sanksiyalara görə ABŞ-a xəbərdarlıq edib.

Bu barədə o NTV-yə açıqlamasında deyib.

“ABŞ sanksiyalarının heç bir zərər verməməsi üçün əlimizdən gələni edəcəyik. Başda NATO da daxil olmaqla birlikdə fəaliyyətlərimizin mənfi təsirə məruz qalacağını bildiririk. ABŞ bu səhv qərarından tezliklə imtina etməlidir. Qərarın düzəldilməsini gözləyirik”, – deyə H.Akar bildirib.

O əlavə edib ki, ölkədə olan S-400-lər hazırda nəzarət altındadır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR