Dövlət başçısı: “Azərbaycana beş ölkədən həkimlər dəvət etmişik”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada ümumi bəla olan pandemiyaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa müddətdə laboratoriyaların sayı praktiki olaraq səkkiz dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən, modul tipli xəstəxana tikilib. Beləliklə, biz COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim etmişik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı koronavirus pandemiyasına qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərindən danışarkən bildirib.

Həkim çatışmazlığının ümumi problem olduğunu qeyd edən dövlətimizin başçısı deyib:

“Çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq beş ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi.

Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb.

Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR