“Minsk Qrupunun fəaliyyət göstərməsinə ehtiyac qalmayıb” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupu həmsərdləri ilə son görüşü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Əsas müzakirələr prezidentin Fransa və ABŞ-dan olan həmsədrlərlə söhbəti ətrafında aparılır. Ölkə başçısı cəmiyyətin uzun illərdir onlara vermək istədiyi sualları ünvanlayıb, mühüm mözulara toxunub. Prezidentin də dediyi kimi, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Amma Azərbaycan həmsədrlərə münaqişəni sülh yolu ilə həll etmək üçün 28 il vaxt verdi. Onlar müvafiq mandatlarından istifadə edə bilmədi”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini və Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov ölkə başçısının Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilə görüşdə səsləndirdiyi fikirlər barədə danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, həmsədrlər 28 il ərzində regiona yalnız “turist səfərləri” təşkil ediblər: “Ölkə başçısı da Fransa və ABŞ-dan olan həmsədrlərlə görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirdiyini dedi. Artıq regionda yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Ordusu və Azərbaycan xalqının birliyi yaradıb. Minsk Qrupu həmsədrlərinin regiona səfərlərinin də mənası yoxdur. Prezident İlham Əliyevin həmsədrlərlə görüşdə onları səfərə dəvət etmədiyini deməsi, Minsk Qrupunun fəaliyyətsizliyinə verilən ən gözəl cavabdır. Əlbəttə ki, onlara bütün həqiqətləri, yaranan yeni reallıqları demək lazımdır ki, münaqişənin həlli ilə bağlı fikir söyləyərkən diqqətli olsunlar, problemin həllində hər hansı rol oynadıqlarını düşünməsinlər”.

YAP rəsmisi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 28 il ərazində Ermənistana lazımi təzyiqi göstərmədiyini deyib: “Məlumdur ki, ABŞ və Fransa uzun illərdir dünyada onların maraqlarına cavab verməyən, regionlarından çox uzaqda olan ölkələri təzyiq altında saxlamaq və sanksiyalar tətbiq etməklə məşquldurlar. Amma Paris və Vaşinqton bu illər ərzində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini görməzdən gəlib, İrəvana qarşı heç təzyiq vasitələrindən istifadə etməyib. Ölkə başçısı həmsədrlərlə görüş zamanı ABŞ və Fransanın ikili standart siyasətinə də toxundu. Əgər Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, İrəvan Azərbaycana qarşı aqressiv davranışlardan çəkinərdi. Amma cəzasızlıq mühiti Ermənistanın yeni cinayətlər törətməsinə şərait yaratdı”.

Ramin Əhmədov vurğulayıb ki, ATƏT-in Minsk Qrupu həmsərdlərinin fəaliyyətsizliyi, Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktları və münaqişənin uzun illər ərzində həll edilməməsi, yeni müharibənin başlaması ilə nəticələndi: “Ölkə başçısı dəfələrlə bəyan etmişdi ki, münaqişənin hərbi yolla həlli var. Həqiqətən də münaqişə müharibə yolu ilə həll olundu. Minks Qrupunun həmsədrləri regiona səfər etməklə nəyi dəyişə bilər? Onlarla yeni hansı məsələlər müzakirə oluna bilər? Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Gələcək nəsillər münaqişə ilə bağlı faktları tarix kitablarından oxuyacaqlar. Münaqişə yoxdursa, Minsk Qrupunun fəaliyyət göstərməsinə də ehtiyac qalmır”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR