Çavuşoğlu: “Türkiyə ABŞ-ın sanksiyalarına baxmayaraq S-400 məsələsində geri çəkilməyəcək”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiyanın S-400 zenit raket komplekslərinin alışından geri çəkilmək niyyətində deyil.

TASS-ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində bildirib.

O, müdafiə sənayesini daha müstəqil etmək üçün müəyyən addımlar atmağa davam ediləcəyini deyib.

“S-400 məsələsində geri çəkilməyəcəyik. Sanksiyalar səhv qərardır. Cavab addımları atacağıq”, – deyə o, vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR