Ramin Əhmədov: Məqsədimiz zəngin türk tarixini “Vikipediya”da təbliğ etməkdir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində məqalələrin zənginləşdirilməsi, yerləşdirilməsi və yeni mətnlərin yaradılması prosesi uğurla davam etdirilir. Layihə çərçivəsində könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən onlarla məqalə yaradılıb. Ötən bir ay ərzində 60-dan çox məqalə yaradılıb, əsaslı redaktə olunub və zənginləşdirilib.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, könüllülər tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində Kuban mədəniyyəti, kumuk əsilli şairə Raisa Əhmədova, Qaraqaş tatarları, Türkiyənin ölkəmizə təyin olunmuş yeni səfiri Ahmet Demirok, Azərbaycanın yaxın dostu Balıkesir Universitetinin rektoru, professor İlter Kuş haqqında məqalələr yaradılıb.

“Türk dünyası “Vikipediya”da” layihəsinin həyata keçirilməsində məqsəd türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün daha əlçatan etmək və müvafiq sahədə informasiya bazasını genişləndirməkdir. Zəngin türk tarixinin “Vikipediya”da təbliği istiqamətində gələcək fəaliyyətimizi sistemli şəkildə davam etdirəcəyik”, – deyə R.Əhmədov qeyd edib.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR