Haqqımızda Əlaqə

“Human Rights Watch” təşkilatı Ermənistanın klastr bombalarından istifadə etməsi barədə hesabat yayımlayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Human Rights Watch” insan haqları təşkilatı dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı ‘klastr bombalarından istifadə edib” adlı hesabat yayıb. Hesabatda bildirilib ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir. Hesabatda standart beynəlxalq nəşrlərə istinadla yazılır ki, Ermənistanın arsenalında Toçka və İsgəndər ballistik raketləri, Smerç və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombları atıb.

“Human Rights Watch” 2-ci Qarabağ müharibəsində Azərbaycanın da dörd hücumda klastr sursatlara əl atdığını sənədləşdirdiyini, hücumlardan üçünün Xankəndinə, birinin Hadruta endirildiyini bildirib. Azərbaycan rəsmiləri isə əməliyyatlar vaxtı klastr bombalardan istifadə etmədiyini bildirib, üstəlik, yalnız hərbi hədəfləri vurduğunu bəyan edib.

Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov “Report”a bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn prinsipləri, o cümlədən müharibə aparılması qaydaları və ənənələri kobud surətdə pozulub.

O qeyd edib ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi, habelə Ermənistanın işğal olunmuş ərazilərində formalaşdırdığı idarəetmə qurumunun rəhbərləri Azərbaycan xalqına qarşı hərbi cinayətlər törədiblər:

“Buna görə Ermənistan dövlət olaraq hüquqi, siyasi və maddi məsuliyyət daşıyır. Hərbi cinayətləri törədən Ermənistan siyasi və hərbi rəhbərliyi, eləcə də onu icra edənlər hərbi cinayətlər edib və buna görə fərdi olaraq cinayət məsuliyyəti daşıyıralar. “Human Rights Watch” və digər insan hüquqlarını müdafiə edən təşkilatların bu cinayətlərlə, konkret olaraq müharibə zonasından 30-40-60-100 km və daha çox məsafədə yerləşən yaşayış məntəqələrini idarə olunan raketlərlə vurması, həmçinin qadağan olunmuş kütləvi ölüm və dağıntı törədən silah və sursatlardan istifadə etməsinə dair hesabatları Azərbaycan üçün beynəlxalq müstəvidə Ermənistana qarşı tələblər irəli sürməyə, eləcə də hərbi cinayətlər törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi işində ciddi sübut kimi gərəkli olacaqdır”.

S.Məmmədovun sözlərinə görə, adı gedən təşkilat hesabatında qərəzli yanaşmalara da yol verib və guya Azərbaycan tərəfinin qadağan olunmuş silahlardan bir neçə dəfə istifadə etməsini də göstərib:

“Əslində isə bu ermənilərin yalanlarına əsaslanan və sübutu olmayan məlumatlardır. Bu baxımdan tərəfləri bərabərləşdirmək cəhdi yolverilməzdir. Həmçinin raket atəşinə tutulan ərazilərin yaxınlığında hərbi məqsədlərə xidmət edən heç bir hərbi obyekt olmayıb. Bu isə Ermənistanın qəsdən əhalini, mülki infrastrukturu məhv etmək niyyətini açıq şəkildə ortaya qoyur. Qeyd olunduğu kimi Ermənistan dövlətinin siyasi və hərbi rəhbərliyinin, eləcə də hərbi cinayət əmrini yerinə yetirənlərin cinayət məsuliyyətinə görə yalnız fərdlər deyil, dövlət də məsuliyyət daşıyır. Bu baxımdan Ermənistanın hərbi cinayətlərində zərər çəkən insanlar həmçinin Ermənistan dövlətinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyi təqdirdə “Human Rights Watch” və digər təşkilatların hesabatlarına istinad edə bilərlər”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR