Azərbaycanda koronavirusa yoluxma nə vaxt azalacaq? – AÇIQLAMA

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Oktyabrın ortalarından sonra Azərbaycanda koronavirusa yoluxma sürətli şəkildə artır. Amma son 10 gündə yoluxma sayının stabilləşdiyi görünür və dörd min civarında gündəlik yoluxma qeydə alınır”.

Bunu virtual mətbuat konfransında ÜST-ün  Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, karantin rejimi insanları yoluxdurmadan qorumaq üçündür:

“Sərt karantin rejiminin nəticələrini görmək üçün ən azı bir həftə keçməlidir. Bu zaman rəqəmlər aşağı enəcək. Yoluxma sayının artımının səhiyyə üzərində yaratdığı gərginliyi azaltmaq lazımdır.

Xəstəxanalarda boş yataq olmazsa, xəstələr evdə müalicə alarsa və oksigenə əlçatımlılıq olmazsa, ölə bilərlər. Bunu azaltmaq üçün tək yol insanların bir yerə toplaşmasına mane olmaqdır”.

O bildirib ki, qarşıdakı üç ay çox kritikdir:

“Peyvəndləmə başladıqdan sonra yoluxma sayı azalacaq. Vaksinasiya başlayana qədər səbrli olmalıyıq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR