" />
Haqqımızda Əlaqə

Amerikada Vətən müharibəsinə həsr edilmiş “online” panel müzakirə keçiriləcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində inamlı qələbəsi Amerika Birləşmiş Ştatlarına da strateji təsirlər göstərəcək.

Bu mövzu ətrafında dekabrın 17-si saat 09:00-da “Hudson” İnstitutunun əməkdaşı Mixayıl Doran ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və həmsədri Metyu Brayza, Güney Azərbaycan Televiziyasının təsisçisi Əhməd bəy Obalı, eləcə də Demokratiyanı Müdafiə Fondunda enerji üzrə baş məsləhətçi və Cənubi Qafqaz üzrə mütəxəssis Brenda Şaffer ilə online panel müzakirə keçirəcək. Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə nəticəsində işğal altında olan 7 rayon və Dağlıq Qarabağı azad etməsi Qafqaz regionunda yeni güc balansı formalaşdırıb. Azərbaycanın nümayiş etdirdiyi hərbi güc regionda yeni və dinamik bir gücün ortaya çıxmasını göstərdi. Müharibə nəticəsində son 100 ildə ilk dəfə olaraq Rusiyanı Cənubi Qafqazda özü ilə güc balansını bölüşdürməyə məcbur edərək qalib olan 2-ci tərəf də Türkiyə hesab edilir. Rusiya birmənalı olaraq uduzan tərəf kimi qəbul edilməsə də, onun mövcud reallıq və güc balansı ilə hesablaşmaqdan başqa çıxış yolu yox idi. Amma rəsmi Moskva hələ də regionda təsirli tərəf kimi qalır və sülhməramlı missiya vasitəsilə Azərbaycanın daxilində hərbi mövcudiyyət qazanmağa nail olub. Burada ən məğlub tərəf, əlbəttə ki, döyüş meydanında ağır məğlubiyyətlərə düçar olaraq təxminən 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmağa məcbur edilən Ermənistandır. Lakin Ermənistanın döyüş meydanında ağır məğlubiyyətə uğrayaraq çökməsi, həmçinin İranın rəsmi Moskva və İrəvanla birlikdə Azərbaycana qarşı daim təzyiq vasitəsi kimi istifadə etdiyi Qarabağa birbaşa çıxışını itirməklə yanaşı, regionda təsir və mövqeyininin də həddən artıq zəifləməsinə yol açdı.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR