ÜST-dən infeksiya riskinin artması barədə XƏBƏRDARLIQ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Xəstəxanalardakı su təchizatı problemləri ilə əlaqədar dünyada təxminən 1,8 milyard insanın COVID-19 və digər infeksiyalara yoluxma riski artır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında qeyd edilir.

ÜST-dən bildirilib ki, dünyada hər dörd tibb müəssisəsindən birində su təchizatı və hər üçüncüsündə lazımi əl gigiyena imkanları yoxdur:

“Su, kanalizasiya və gigiyena səhiyyə işçilərinin və xəstələrin təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır, lakin bu xidmətlərə həmişə üstünlük verilmir”.

ÜST Baş direktoru Tedros Adhanom Qebreisusun dediyinə görə, müəssisələrdə lazımi gigiyena olmadığı təqdirdə, tibb işçilərinin işi qoruyucu vasitəsiz işləməklə eynidir.

O, su təchizatı, kanalizasiya və gigiyenanın koronavirusla mübarizədə başlıca rol oynadığını vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR