ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə görüşüblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İrəvanda Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü başlayıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin “Facebook” səhifəsində bildirilib.

Xatırladaq ki, vasitəçilər Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) Dağlıq Qarabağa dair məsləhətləşmələr üçün regional səfər çərçivəsində İrəvandadırlar.

Bir neçə gün əvvəl əvvəl isə onlar Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR