Prezident Xarici Kəşfiyyat Xidmətinin strukturunda dəyişiklik edib

“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmanla həmçinin “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilib.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxşar Xəbərlər
- Millimiz Avropa çempionatına türkiyəli idmançılarla birgə hazırlaşır
- İlham Əliyev bu ölkəni daha da inkişaf etdirib, həm ictimai-siyasi, həm də sosial-iqtisadi müstəvidə daha böyük uğurlara imza atacaq – Ramin Əhmədov
- Milli Məclisin vitse-spikeri Adil Əliyev Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb