" />

“YAŞAT” Fonduna dəstək verməyə hazırıq” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“YAŞAT” Fonduna dəstək verməyə hazırıq!
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalaması böyük əhəmiyyətə malik hadisədir. Bu fərman Azərbaycanda şəhid ailələrinə, qazilərimizə verilən dəyərin daha bir nümunəsidir.
Azərbaycanda şəhid ailələri və hərbi qulluqçuların, veteranların sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin qısa müddət ərzində həll olunması həmişə dövlətin siyasətinin mühüm tərkib hissəsi olub. Hazırda dövlətimiz şəhid ailələrinə, müharibə əlillərinə və bu kateqoriyadan olan digər insanlara maliyyə dəstəyi göstərir, onları fərdi evlər, mənzillər və minik avtomobilləri ilə təmin edir. Bundan başqa, qeyd edilən kateqoriyadan olan insanlara birdəfəlik ödənişlər və aylıq müavinətlər təyin olunub. Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, eləcə də birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alacaqlar. Bu günə qədər şəhid ailələrinə və müharibə əlillərinə 9000 minə yaxın mənzil və fərdi ev, həmçinin 7000 mindən çox avtomobil verilib. Əlbəttə ki, bu kimi addımlar onların sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb.
Prezident İlham Əliyevin imzaladığı fərman bilavasitə xalqımızın xeyirhaqlıq və təmənnasız yardım ənələrinə, eləcə də humanizm pronsiplərinə sadiqliyi kimi gerçəkliklərdən irəli gəlib. Vətəndaşlarımız 44 günlük müharibə dövründə olduğu kimi, bu gün də şəhid ailələlərinin, qazilərimizin və müharibə iştirakçılarının ehtiyaclarına xüsusi həssaslıqla yanaşır, onları qayğılandıran məsələlərin həllinə töhfə verməyə çalışırlar. Hesab edirəm ki, “YAŞAT” Fondunun yaradılması bu prosesdəki pərakəndəliyi aradan qaldıracaq, qeyd olunan istiqamətlərdə sistemli iş mexanizminin yaranmasını təmin edəcəkdir. Məmnuniyyətlə deyirəm ki, bu fonda dəstək verməyə hazırıq. Bu da elə əslində birlik, həmrəylik məsələsidir. Dövlətimiz öz üzərinə düşən məsələləri yerinə yetirir. Biz də “YAŞAT” Fondu vasitəsilə dövlətimizin yanında olmalı, torpaqlarımızın azadlığı uğrunda vuruşmuş qazilərimizə, şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə dəstəyimizi əsirgəməməliyik.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR