Haqqımızda Əlaqə

Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd tapdı – 76 yaşlı türk düşməni

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ermənistanın 16 müxalifət partiyası hazırkı baş nazir Nikol Paşinyanın yerinə vahid namizəd müəyyənləşdirib.

Ermənistan KİV-ləri xəbər verir ki, müxalifətin baş nazir postuna namizədi sabiq baş nazir, Milli-Demokratik İttifaqın sədri Vazqen Manukyandır. Məlumata görə, Manukyanın əsas vəzifəsi, keçid dövründə hökumətə rəhbərlik etmək və növbədənkənar seçkiləri təşkil etməkdən ibarət olacaq. Lakin onun özü və rəhbərlik etdiyi siyasi təşkilat seçkilərdə iştirak edə bilməz.

“Vazqen Manukyan keçid dövründə unikal arbitr rolunu oynamaqla, seçkidə bütün tərəflərə bərabər şərait yaratmalıdır” deyə, məlumatlı mənbələr bildirib. V.Manukyanın baş nazir postuna namizədliyinin irəli sürənlər, onu da bildiriblər ki, keçmiş baş nazir hökumətin başında dayanarsa, bu, “tarixi ədalətin” bərpa olunmasını da simvolizə edəcək.

Qeyd edək ki, Ermənistanda bir çoxları hesab edir ki, 1996-cı ildə keçirilmiş prezident seçkisində Ter-Petrosyan deyil, məhz V.Manukyan qalib gəlib. Lakin nəticələrin saxtalaşdırılması Manukyanın hakimiyyətə gəlməsinə imkan verməyib. V.Manukyan 1946-cı ildə Yerevanda anadan olub.

O, 1976-cı ildə Türkiyənin SSRİ-dəki səfirliyinin qarşısında erməni tələbələrinin keçirdiyi etiraz aksiyasının təşkilatçısıdır. Qatı türk düşməni olan Manukyan həmçinin Qarabağın Ermənistana birləşdirilməsi ideyasının müəlliflərindən hesab olunur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR