Azərbaycanda koronavirusdan ölənlərin sayında yeni rekord
Azərbaycanda koronavirusa (COVID-19) 1364 yeni yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 22 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 17652 nəfərdir.
Ölkədə son sutka ərzində 9744, hazırkı dövrədək isə 1489382 test aparılıb.
Ümumi ölənlərin sayı 927 nəfərdir.
Ümumi yoluxanların sayı 71580 nəfər, ümumi sağalanların sayı 53001 nəfərdir.