Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarətlə bağlı müqavilə imzaladı

“Türkiyə razılaşmaya nəzarət etmək üçün bölgədə yaradılacaq ortaq barış gücündə Rusiya ilə birlikdə yer alacaq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında bildirib.
O, bu sabah Türkiyə və Rusiyanın atəşkəsə nəzarətlə bağlı müqavilə imzaladığını bildirib:
“Atəşkəsi nəzarət etmək üçün ortaq Türk-Rus Mərkəzi ilə bağlı bu sabah müqaviləni imzaladıq. Bu Mərkəz Azərbaycanın işğaldan azad edilən torpaqlarına nəzarət üçün yaradılıb. Dağlıq Qarabağda atəşkəsin pozulmasının qarşısını almaq üçün tədbirlər bu mərkəz vasitəsilə həyata keçiriləcək”.