Haqqımızda Əlaqə

“Böyük qələbəmizə kölgə salmaq istəyənlər, ləyaqətsiz və alçaq adamlardır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Noyabrın 10-da Prezident İlham Əliyev Azərbaycan xalqının tarixi zərəfərini elan etdi. Bu zəfər Azərbaycan xalqının şanlı qələbəsidir. 30 ilə yaxındır bu qələbə xəbərini gözləyirdik. Nəhayət ki, cənab Prezident Azərbaycan xalqına bu qələbəni daddırdı. Xalqımız qələbəyə sevinir, hər kəs Azərbaycan Prezidentinə və Ordusuna minnətdardır. Çox təəssüf ki, belə bir məqamda da içimizdəki xainlər Azərbaycan xalqının birliyinə xələl yetirməyə, Ordumuzun əldə etdiyi böyük qələbələrə kölgə salmağa çalışırlar”.

Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Azərbaycanın tarixi qələbəsi ilə bağlı danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, bəzi xain qüvvələr Azərbaycan Ordusunun uğurlarını heçə saymağa cəhd edirlər: “Xüsusilə də xaricdə yaşayan, erməni lobbisinin təsiri altında olan bir necə xəyanətkar və Azərbaycan daxilində bir günün düzgün siyasi analizini vermək qabiliyyətində olmayan “analitiklər”, məhdud sayda Rusiya sülhməramlılarının Dağlıq Qarabağa yerləşdirilməsini əllərində bayraq edib, bu faktı mahiyyətindən uzaq formada şərh edirlər. Rus əsgərləri Laçın dəhlizində müvəqqəti olaraq yerləşdirilir və Azərbaycan Prezidentinin səyləri nəticəsində atəşkəsə nəzarəti Türkiyə qüvvələri ilə birlikdə həyata keçirəcəklər. Xainlər dünənə qədər sıçan deşiklərində gizlənib, Ordumuzun uğurlarından pəjmürdə olmuşdular.  Zəfərlərimizi həzm edə bilmirdilər. Azərbaycan Prezidentinin heyrətamiz siyasəti hamısının başına daş salmışdı. İndi guya əsas tapıblar. Tamamilə boş və uğursuz cəhdlərdir. Azərbaycan xalqının müharibədə əldə olunan nəticəyə münasibətini dünən bütün dünya gördü. Xalq düz bir sutka ərzində küçələrdən çəkilmədi, şənləndi, bayram etdi”.

R.Əhmədov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə baza prinsiplərinə diqqət yönəldərək bu prosesin son mərhləsində Qarbağa status məsələsinin nəzərdə tutulduğunu xatıladıb: “Lakin Azərbaycan Prezidenti status məsələsini döyüş meydanında ləğv etdi. Artıq bu məsələ müzakirə mövzusu deyil. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 100 faizlik nəticə əldə etdi. Azərbaycan xalqı bu qələbədən çox razıdır, çox sevinclidir. Odur ki, heç qüvvə xalqımızın qələbə ruhunu sındıra bilməz”.

YAP rəsmisi xəyanətkar, anti-milli qüvvələrin Azərbaycanın hər hansı bir uğuruna sevinmıdiyini də qeyd edərək Vətən müharibəsində əldə olunan qələbənin də içimizdəki düşmənlərin maraqlarına cavab vermədiyini vurğulayıb: “Onlar Azərbaycanın hansı uğuruna seviniblər? Transmilli layihələrimizə, ölkəmizdə keçirilən beynəlxalq yarışlara qarşı çıxıblar, neftin qiymətinin düşməsini bayram ediblər, Aprel döyüşlərindəki qələbələrimizə kölgə salmağa çalışıblar. İndi də dəyişən heç nə yoxdur. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulub, amma onlar yenə öz təxribatçı davranışlarından əl çəkmirlər. Sual verirəm: 27 sentyabrdan əvvəlki dövrdə Azərbaycan əsgərinin tarixi Şuşa şəhərinə bayraq sancacağı çoxları üçün xəyal deyildimi? Gəlin açıq deyək ki, cəmiyyətin müəyyən bir kəsimində 7 rayonumuzun qaytarılacağı, lakin Dağlıq Qarabağın erməniləırdə qalacağına dair əminlik formalaşmışdı. Amma nə baş verdi? Azərbaycan Prezidenti Şuşaya da bayraq sancılacağını dedi və qəhrəman əsgərimiz bu şərəfli missiyanı uğurla başa çatdırdı. Kim düşünürdü ki, Vətən müharibəsi bizə həm də Naxçıvan MR-lə quru yol əlaqəsi yaradacaq? Amma baxın, bu da artıq günümüzün reallığıdır. Bundan başqa, İranla sərhədimiz bütünlüklə Azərbaycan sərhədçilərinin nəzarətinə keçdi. İndi bütün bunlardan sonra məhdud sayda rus əsgərinin Laçın dəhlizində sülhməramlı missiya həyata keçirməsini əldə bayraq edib böyük qələbəmizə kölgə salmaq cəhdi, alçaqlığın, fitnəkarlığın və xainliyin bariz nümunəsidir. Bəli, onların hamısı ləyaqətsiz və alçaq adamlardır”.

Ramin Əhmədov bildirib ki, anti-milli qüvvələr Dağlıq Qarabağın azad olunmasını, qaçqınların öz yurdlarına qayıtmasını heç vaxt istəməyiblər: “Biz müharibə dövründə də onların təxribatçı fikirlərini eşitdik. Biri əsgərlərə verilən müavinətləri müzakirəyə çıxardı, başqa birisi Azərbaycan Ordusunun guya mülki əhaliyə hücum etməsi barədə hazırlanmış saxta kadrları paylaşdı və sairə. Bu insanlarda milli qürur, şərəf, vətən sevgisi yoxdur. Onların istəyi hər məqamda xalqımızın uğurlarına kölgə salmaq, xalqla hakimiyyət arasında uçurum yaratmaqdır. Azərbaycan xalqının Prezidentə olan böyük sevgisi, onun ətrafında sıx birləşməsi onları sözün həqiq mənasında yandırır, keflərini pozur, arzularını ürəklərində qoyur. Amma Azərbaycan xalqı Prezidentin qələbəyə köklənən çıxışları ilə qürur duyur, qələbəmizə görə ona minnətdardır. Azərbaycan xalqı birdir, Prezidentin ətrafındadır. Bu birliyi, qələbə eşqini heç kim sarsılda bilməz”.

Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR