" />

Ramin Əhmədov:” Bu gün ikiqat bayramdır!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün Azərbaycan ən qürurlu günü yaşayır. 8 noyabr Şuşanın işğaldan azadlığı gününü və 9 noyabr Bayraq Günümüzü! Hər bir azərbaycanlının ürəyi sinəsinə sığmır bu gün. Bu gözəl hissləri anlatmağa söz də tapa bilmirsən. Ali Baş Komandanımız bizi o qədər qürurlandırıb, sevindirdi ki, həyatda bundan böyük səadət ola bilməz!”

Bu sözləri “Türk Dünyası Ağsaqqalları” qəzetinin baş redaktoru, “Missia Media Grup”unun rəhbəri Ramin Əhmədov Ağsaqqallar.az saytına açıqlamasında deyib.

O, qeyd edib ki, dövlətimizin varlığının təcəssümü olan bayrağımız onun müstəqilliyinin, əzəmətinin ifadəsidir. Üçrəngli, ay- ulduzlu dövlət bayrağımızın fonunda bu bayraq uğruna can fəda edənləri alqışlayır, bütün Azərbaycan – Türk şəhidlərinə Allahdan rəhmət diləyirik!

“Yaşasın müstəqil, suveren Azərbaycanın göylərdə dalğalanan üçrəngli DÖVLƏT BAYRAĞI! Yaşasın ALİ BAŞ KOMANDANIMIZ! Yaşasın ŞANLI ORDUMUZ! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Başda möhtərəm prezidentimiz olmaqla, bütün dünya azərbaycanlılarını Bayraq Günü münasibətilə təbrik edir, bütöv Azərbaycan uğrunda hər bir kəsə uğur və nailiyyət arzulayıram!”- deyə R. Əhmədov bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR