Azərbaycan-Türkiyə-Pakistan və İsrail dövlətlərinin bayrağı paylanıldı -Aksiya

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bayraq dövlətin və xalqın kimliyi, düşüncə tərzi və milli birliyinin simvoludur. Bayraq namusumuz, şərəfimiz və qeyrətimizdir. Dövlət bayrağımız suverenliyimizin rəmzidir.

30 ilə yaxın müddət  ərzində hər bir Azərbaycanlının ümdə arzusu Qarabağın azad olunması, şanlı bayrağımızın doğma torpaqlarımızda dalğalanması olub. Artıq o gün gəlib çatdı və işğaldan azad olunan bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır.

Bu il bayraq bayramımız çox fərqli və böyük sürprizlərlə başladı.  Ötən gün Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın işğal altında olan doğma Şuşa şəhəri düşmən tapdağından azad olunduğunu elan etdi. Bu gün Azərbaycan xalqı ikiqat bayramı qeyd edir.

«Türk Dünyası Ağsaqqalları» qəzeti və Missiya Media Qrupu Dövət Bayrağı və Şuşa şəhərinin azad olunması münasibətilə şəhərin müxtəlif ərazilərində bayraq  aksiyası həyata keçirib.

Aksiyanın təşkilatçısı Ramin Əhmədov bildirib ki, hər bir Azərbaycanlı Prezidentimizin və ordumuzun tarixi qələbəsindən qürur hissi keçirir: “Prezident İlham Əliyev həmişə Azərbaycan bayrağının uca zirvələrdə dalğalanacağını bəyan etmişdi. Bu gün  bayrağımız işğaldan azad olunmuş şəhərlərimizdə dalğalanır. Bu Prezidentin Azərbaycan xalqına, dövlətinə verdiyi yüksək dəyərin təzarürüdür. Azərbaycan bayrağı bundan sonra da uca zirvələrdə dalğalanacaq. Xalqımızda bu əminliyi Ali Baş Komandanın qətiyyəti və qələbəyə inamı yaradır”-deyə R. Əhmədov bildirib. Aksiya zamanı Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Vətən Müharibəsində xalqımıza və dövlətimizə dəstək olan dövlətlərin bayraqları də paylanılıb.

Aksiya şəhər sakinləri və əcnəbilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR