Azərbaycanda son günlər hiss edilən yeraltı təkanlar İzmirdəki zəlzələnin əks-sədasıdır? – RƏSMİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda son günlər hiss edilən zəlzələlər İzmirdəki zəlzələnin əks-sədası deyil.

Bu sözləri APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib:

“Elə bir gün olmur ki, bizdə zəlzələ qeydə alınmasın, gündə təxminən 25-30 zəlzələ olur. Bunların da içərisində indiyə qədər 18-i zəif hiss olunandır. Rixter cədvəli ilə maqnitudası 3 baldan yuxarı olan zəlzələlər barədə həm özümüzdə məlumat yayırıq, həm də əməkdaşlıq etdiyimiz xarici qurumlara bildiririk. Dünən  İmişli ərazisində qeydə alınan zəlzələ episentirdə 4 bala, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. İki gün əvvəl Xaçmazda hiss edilən zəlzələ Xəzər dənizində qeydə alınıb. Zəlzələ Xəzərin Dağıstan hissəsinə düşüb. Biz qonşu, həmsərhəd olduğumuz ölkələrdə olan və hiss etdiyimiz zəlzələlər barədə də məlumat veririk. Amma qorxulu heç bir şey yoxdur”.

Q.Yetirmişli deyib ki, İzmirdə olan zəlzələnin Azərbaycana heç bir aidiyyatı yoxdur, məsafə etibarı ilə də bizdə o zəlzələ hiss olunmayıb:

“İzmirlə Azərbaycan arasında təxminən 2000 km-ə qədər məsafə var. İzmirdə baş verən zəlzələdəki tektonik qırılmalar ilə bizdəki qırılmalar geoloji nöqteyi-nəzərdən götürdükdə tamam başqa-başqa şeylərdir. Onun bura təsiri yoxdur və Azərbaycanda son günlər hiss edilən zəlzələlər İzmirdəki zəlzələnin əks-sədası deyil”. 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR