Ramin Əhmədov: “Vikipediya”da türk dünyası ilə bağlı məlumatlar zənginləşdiriləcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün “Türk Dünyası Ağsaqqalları“ qəzetinin növbəti iclası keçirilib. İclasda çıxış edən “Türk Dünyası Ağsaqqalları“ qəzetinin baş redaktoru Ramin Əhmədov “Türk dünyası “Vikipediya”da adlı layihəyə start verilməsi barədə məlumat verib.Eyni zamanda “Vikipediya”da türk dünyası ilə bağlı məlumatların zənginləşdiriləcəyini də iclas iştirakçılarının diqqətinə çatdıran Ramin Əhmədov bildirib:

“Rəqəmsallaşan dünyada yaşayırıq və müasir dövrdə istənilən informasiyanı internet vasitəsilə əldə edirik. Müxtəlif elektron resurs və sosial şəbəkələr, həmçinin azad və onlayn ensiklopediya adlandırdığımız “Vikipediya” bizə istədiyimiz məlumatı tez əldə etməkdə daha çox kömək edir. 2011-ci ildən qəzetimiz türk dünyasının tarixi, mədəniyyəti, şəxsiyyətləri, mədəniyyəti haqqında məqalələrin dərc olunmasına diqqət ayırır. Qəzetdə araşdırma mövzusunu əhatə edən məqalələr çap olunur. Ancaq müasir dövrdə insanlar daha çox virtual ensiklopediya adlandırılan “Vikipediya”ya müraciət edirlər. Ona görə də “Vikipediya”da da türk dünyası ilə bağlı layihənin həyata keçirilməsinə qərar verdik. Bunun üçün könüllülərdən ibarət qrup yaradırıq. Məqsəd türk dünyası haqqında məlumatları daha da zənginləşdirmək və onların sayını artırmaqdır. Artıq komanda bu istiqamətdə fəaliyyətə başlayıb”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR