Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb:
“Rəsmi olaraq bildiririk ki, bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb”.