Ceyhun Bayramovun Cenevrə səfərinin vaxtı dəyişdirildi
![](https://agsaqqallar.com/wp-content/uploads/2020/10/1594893828_1560489471_ceyhun_bayramov_new_130718_03.jpg)
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrə şəhərinə səfərinin vaxtı sabaha dəyişdirilib.
APA-nın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən verdiyi xəbərə görə, hazırda həmsədrlərdən yeni tarixlə bağlı təsdiq gözlənilir.
Qeyd edək ki, bu gün Cenevrədə C. Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü planlaşdırılırdı.